• $
  • €
  • ₽
  • ₺
  • £

DSX-dən ƏMƏLİYYAT: Narkotik və silah aşkarlandı

DSX-dən ƏMƏLİYYAT: Narkotik və silah aşkarlandı
29.01.2021 10:49
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə 8 kq 920 qram narkotikə bənzər maddənin ölkə ərazisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınıb, eyni zamanda 3 ədəd gizlədilmiş odlu silah aşkar olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Yanvar ayının 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd sahibsiz bağlama aşkar edilib. Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kq 900 qram "tiryək”, 1 kq 700 qram "metamfe­tamin” və 750 qram "heroin”) oxşar maddənin olması müəyyən­ləş­dirilib.

Yanvar ayının 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində çəkisi 570 qram "marixuana”ya oxşar maddə və 2 blok "Marllboro” markalı siqaret aşkarlanaraq götürülüb.

Ay ərzində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazir­liyinin əmək­daşları tərəfindən sərhədboyu ərazilərdə həyata keçirilmiş təd­birlər nəticə­sində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilən 1 ədəd Almaniya istehsalı olan 8 mm çaplı "Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində "Qaraçay” çayının sahilində yerləşən meşəlikdə 1 ədəd 16 mm çaplı təklüləli ov tüfəngi və ona məxsus 6 ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində "Qara­yazı” dövlət meşə qoruğu massivində 1 ədəd 16 mm çaplı qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülüb.
Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol