• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNŞ ləğv ediləcək? - Rəsmi açıqlama

ARDNŞ ləğv ediləcək? - Rəsmi açıqlama
31.01.2021 10:10
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ləğvi, transformasiya və ya özəlləşdirilməsi gündəm və prioritet məsələlərindən deyil.

Anews.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, ARDNŞ ilə əlaqəli əsas məqsəd bu strukturu, xüsusən də beynəlxalq bazarlarda daha güclü və rəqabətli etməkdir. Bu hədəflərə əsasən islahatlar aparıldı və nəticədə ARDNŞ Müşahidə Şurasının formalaşması ilə nəticələndi. Rövşən Nəcəf qeyd edib ki, ARDNŞ Müşahidə Şurasının formalaşdırılması həm də digər böyük neft və qaz şirkətlərində olduğu kimi Azərbaycan Dövlət Neft Şirkətinin korporativ strukturunun yaradılmasına yönəlib.

"Artıq neft və qaz şirkətlərinin getdikcə özlərini enerji şirkətləri adlandırması heç kimə sirr deyil və bu, onların inkişaf strategiyasında öz əksini tapır", - iqtisadiyyat nazirinin müavini vurğulayıb.

Rövşən Nəcəf uzunmüddətli perspektivdə alternativ və digər enerji mənbələri istehlakının artmasının neft və qaz şirkətlərinin dövrün gerçəkliklərinə cavab verməsinin zəruriliyini qeyd edib:

"ARDNŞ-də məhz bu səbəblərdən neft şirkətinə uzunmüddətli perspektivdə davamlı rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş islahatlar aparılır"


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol