• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər günü münasibəti ilə videokonfrans keçirilib

Gənclər günü münasibəti ilə videokonfrans keçirilib
01.02.2021 19:10
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğaldan azad edilmiş rayonlardan olan gənclərin iştirakı ilə onlayn rejimdə videokonfrans keçirib.
 
Anews.az xəbər verir ki, 2 Fevral- Gənclər Gününə həsr olunan tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edib.


F.Hüseynov bildirib ki, Azərbaycanda gənclərin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə sağlam, savadlı və təşəbbüskar gənc nəslin yetişməsinə, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə böyük önəm verib. Müstəqil dövlətimizin gənclər siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub, cəmiyyətdə gənclərin rolunu yüksəltmək üçün zəruri tədbirlər görülüb, Gənclər Günü təsis olunub.
 
Prezident İlham Əliyev gənclərlə iş sahəsində dövlət siyasətini daha da təkmilləşdirib, onu zamanın çağırışlarına uyğunlaşdıraraq uğurla davam etdirir. Ölkənin siyasi, iqtisadi, mədəni həyatında gənclərin rolunun artırılması məqsədilə dövlət proqramları icra olunur.  Dövlət idarəçiliyinin müxtəlif sahələrində gənclərə böyük etimad göstərlir.
 
Qeyd olunub ki, bütövlükdə ölkədə həyata keçirilən islahatların, sosial, iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məsələsi dayanır. 


Əhalinin həssas kateqoriyasından olan insanlarla bağlı aparılan tədbirlər isə bu siyasətin prioritetini təşkil edir. Belə ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər görülür. Eyni zamanda, məcburi köçkünlər sosial, tibb, təhsil, nəqliyyat, mənzil-kommunal və digər sahələrdə güzəştlərdən istifadə edirlər.
 
Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkün gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.
 
Diqqətə çatdırılıb ki, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində gənclərin mühüm rolu vardır. 44 gün davam edən Vətən Müharibəsi dövründə Azərbaycan gəncləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşib, işğalçı Ermənistan üzərində parlaq zəfərin əldə olunmasına misilsiz töhfələr veriblər. Tarixi Qələbədə  böyük rolu olan gənclər işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında və dirçəlməsində də fəal iştirak edəcəklər.
 
Daha sonra, Xocalı rayonundan Canəli Məmmədov, Laçın rayonundan Orxanpaşa İbadov, Cəbrayıl rayonundan Lalə Novruzova, Ağdam rayonundan Anar Əsgərov, Zəngilan rayonundan Xəzər Bağırov çıxış ediblər. Onlar Gənclər Gününü artıq məcburi köçkün kimi deyil, ərazisi işğaldan azad olunmuş rayonların sakini kimi qürurla qeyd etdiklərini məmnunluqla bildiriblər. Bu qüruru və sevinci onlara yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edən gənclər  işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, əzmkarlıq göstərəcəklərini vurğulayıblar.     



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol