Gürcüstan parlamenti 51 deputatın mandatını ləğv edəcək

Gürcüstan parlamenti 51 müxalifətçi deputatın səlahiyyətlərinin ləğvi məsələsinə baxacaq.
Anews.az "TASS”a istinadla xəbər verir ki, müxalifətçi deputatlarının mandatının ləğvi üçün 50 millət vəkilinin razılığı kifayət edəcək. Qərar qəbul edildiyi təqdirdə Gürcüstan parlamenti tarixində ilk dəfə 150 millət vəkilindən ibarət olan ali qanunverici orqan, üzvlərinin üçdə birindən çoxu olmadan işə davam edəcək.
www.anews.az
























