• $
  • €
  • ₽
  • ₺
  • £

Polis şöbələrinin müvəqqəti saxlama yerlərində nöqsanlar aşkarlandı

Polis şöbələrinin müvəqqəti saxlama yerlərində nöqsanlar aşkarlandı
02.02.2021 12:53
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Oğuz, Qəbələ, Astara və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəxinə, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.

Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin yerlərdə saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.

Gəncə ŞBPİ-nin MSY-də kameraların müntəzəm olaraq rütubət olmasına görə aşınmalara məruz qaldığı, bu səbəbdən müəssisədə əsaslı təmir işlərinə ehtiyac olduğu müşahidə edilib. Həmçinin sovqat qəbulunun təşkili üçün müəssisənin zəruri inventarlarla təmin olunmadığı müəyyən edilib.

Qəbələ RPŞ MSY-ə başçəkmə zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin ilkin müayinəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.04.2013-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları”nın 2.1-ci hissəsinə zidd olaraq ixtisasca feldşer olan şəxs tərəfindən həyata keçirildiyi müşahidə edilib.

Astara RPŞ MSY-nin kameralarına baxış keçirilərkən saxlanılan şəxslərin hüquq və vəzifələrini göstərən lövhələrin mövcud olmadığı, bir neçə kamerada isə şəraitin yaxşılaşdırılmasına ehtiyac olduğu müşahidə edilib.

Başçəkmələrin yekununda müvəqqəti saxlama yerlərinin rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma  şəraiti, tibbi xidmət və sənədləşmə ilə əlaqədar göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol