• $
  • €
  • ₽
  • ₺
  • £

Universitetdən tələbənin saxlanılması ilə bağlı - Açıqlama

Universitetdən tələbənin saxlanılması ilə bağlı - Açıqlama
02.02.2021 16:46
Lənkəran Dövlət Universiteti imtahanda aldığı qiymətə etiraz edən üç tələbənin saxlanılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Universitetin mətbuat katibi Esmira İsmayılova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, adı çəkilən şəxslərdən yalnız Əhməd Məmmədli LDU-nun tələbəsidir: "Həmin tələbə Əski yazı fənnindən aldığı qiymətin az olduğuna etiraz edib, amma imtahandan da kəsilməyib. Sadəcə qiymətin aşağı olduğunu deyir. Bunun üçün isə prosedura görə universitetin apelyasiyasına müraciət olunmalıdır.
 
Lakin həmin tələbə vaxtında bu müraciəti etməyib. Müddət bitdikdən sonra müraciət edib. Yenə də onun işinə baxılıb və tədris işləri üzrə prorektor tərəfindən cavab verilib. Əhməd Məmmədlinin imtahan cavabını başqa müəllim də yoxlayıb”.

E.İsmayılova qeyd edib ki, Əhməd Məmmədli, Orxan İsgəndərli və Samir Axundzadənin saxlanılmasının universitetə aidiyyatı yoxdur:
 
"Onlar bəyanat hazırlayıblar və oxuyacaqmışlar. Həmin şəxslər universitetə çatmadan, universitetin rəhbərliyindən heç kimlə görüşmədən saxlanılıblar. Onların bəyanatı da Lənkəran Dövlət Universiteti ilə bağlı deyil, ümumilikdə, ölkədəki təhsil sistemi ilə bağlıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol