• $
  • €
  • ₽
  • ₺
  • £

İnam Kərimov müşavirə keçirdi - tapşırıqlar verdi

İnam Kərimov müşavirə keçirdi - tapşırıqlar verdi
02.02.2021 20:22
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında çəltik istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.
 
Onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirak edib.

Anews.az xəbər verir ki, tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib.
 
Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi çəltikçilik də yeni inkişaf mərhələsinə qədəm qoyub. "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

Bildirilib ki, aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 2020-ci ildə çəltik  əkinləri üçün müəyyən edilmiş 1.4  əmsal üzrə hər hektar üçün 280 manat əkin subsidiyası ödənilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə çəltik istehsalında yüksək məhsuldarlığa nail olunub.

Müşavirədə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə danışılıb.
 
Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb.

Bu il çəltik istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlərin müzakirə edildiyi müşavirədə keyfiyyətli çəltik istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, mineral gübrələrdən səmərəli istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi, əkin üçün yararlı torpaq sahələrinin cəlb edilməsi, texnika ilə təminatın yüksəldilməsinin vacibliyi vurğulanıb. 
 
Müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, informasiya məsləhət xidmətinin aparılması, təlimlərin keçirilməsi, istehlakçılar arasında yerli çəltik sortlarının üstünlüklərinin təbliğ olunması, o cümlədən çəltiyin tədarükü və satışı ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol