• $
  • €
  • ₽
  • ₺
  • £

"Tərtər hadisələri"nə görə həbs edilənlərin ailələri aksiya keçirib - VİDEO

"Tərtər hadisələri"nə görə həbs edilənlərin ailələri aksiya keçirib - VİDEO
05.02.2021 12:30
"Tərtər hadisələri" zamanı vətənə xəyanətdə ittiham edilərək həbs edilən şəxslərin ailələri Prezident Administrasiyası qarşısında aksiya keçirib.

Anews.az "Açıq Azərbaycan”a istinadən xəbər verir ki, aksiyada iştirak edən jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yoldaşının günahsız yerə həbs edildiyini bildirib. O, P.Aslanovun bəraət qazanmasını tələb edib:

"Yoldaşım 44 kq çəkisi ilə aclıq edir, Əfqan Sadıqovun 52 kq çəkisi qalıb. Onlar 90 gündən çoxdur ki, aclıq aksiyası keçirirlər. Bu qədər haqsızlıq olmaz. Ortaya fakt, sübut qoyun ondan sona həbs edin! Tərtər hadisələrində birinə 10 gün işgəncə verib, öldürüb daha sonra bəraət vermisiniz. Sanki bir qarışqa öldürmüsünüz. Eləcə də digər günahsız siyasi məhbusların işini belə aparmısınız”.

Məlumat üçün bildirək ki, 4 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim  Həsən Əhmədovun sədrliyi ilə jurnalist Polad Aslanovun şikayətinə baxış keçirilib. Məhkəmə prosesi açıq keçirilsə də media nümayəndələri iclas zalına buraxılmayıb. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist Cinayət məcəlləsinin dövlətə xəyanət maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol