• $
  • €
  • ₽
  • ₺
  • £

Metrolara giriş bu məqsədlə açılır - RƏSMİ

Metrolara giriş bu məqsədlə açılır - RƏSMİ
05.02.2021 15:59
Nazirlər Kabineti yanında Operativ Qərargah "COVID-19” pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi dövründə bir sıra məhdudiyyətləri ləğv edib.

Anews.az "Bakı Metropolieni” QSC-yə istinadən xəbər verir ki, bununla əlaqədar son günlər paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində gediş haqqının karta yüklənməsi üçün sərnişinlərin terminallardan istifadəyə olan tələbatının artması müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, "BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə, "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verib.

İctimai nəqliyyatın sərnişindaşıma fəaliyyəti göstərmədiyi şənbə və bazar günləri istisna olmaqla, qalan günlər ərzində vestibüllər açıq olacaq. Həmçinin ödəmə məqsədilə vestibüllərdən istifadə edilməsinin zəruriliyini, intensivliyini və s. öyrənmək, zəruri tədbirləri görmək üçün müvafiq monitorinqlər aparılacaq.

Lakin xüsusi olaraq diqqətə çatdırılır ki, stansiyaların digər ərazilərinə daxil olmaq, o cümlədən platformadan keçməklə əks istiqamətdəki çıxışa doğru hərəkət etmək qəti qadağandır.


Sərnişinlərdən mövcud qaydalara riayət etmələri xahiş olunur və bildirilir ki, stansiya ərazisinə daxil olarkən mütləq qaydada tibbi maska düzgün taxılmalı və sosial məsafə gözlənilməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol