• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama

İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
08.02.2021 14:52
Daşkəsən rayon icra başçısı Əhəd Abıyev rayonda bir sıra vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatlarının keçirilməsi haqda mediada yayılan məlumatlara münasibət bildirib.

İcra başçısı Əhəd Abıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, saxlanılan keçmiş məsul şəxslər vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb ediliblər: "Bir sıra xəbər saytlarında yayılmış guya "Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildirirəm ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib.

Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək müdiri işləmiş Mehdiyev Şahbaz Əliş oğlu 2007-ci ildə aparılmış torpaq sənədləşdirməsinə dair vətəndaş Əliyev Cəlal Məhəmməd oğlunun şikayəti əsasında Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılıb.

Birmənalı olaraq bildirirəm ki, Daşkəsən rayonunda korrupsiya əməliyyatlarının keçirilməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar yalan və şayiədir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol