• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə AXC-nin elan olunduğu binanın bərpasına başlanılır

Tbilisidə AXC-nin elan olunduğu binanın bərpasına başlanılır
10.02.2021 20:00
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Gənclər Sarayının binasının əsaslı şəkildə bərpasına başlanılır.

"Report”un yerli bürosu xəbər verir ki, bunu şəhər meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərini Tbilisi İnkişaf Fondu həyata keçirəcək.

Mer binanın yaxşı vəziyyətdə olmadığını və bərpa işlərinin bir neçə il davam edəcəyini deyib.

K.Kaladze qeyd edib ki, tikili mədəni irs nümunəsidir və bütün işlər xüsusi diqqətlə aparılacaq: "Bərpa və yenidənqurma işlərinin ümumi dəyəri 33 700 000 lari təşkil edəcək. İşlər 2023-cü ilin iyun ayınadək davam etdiriləcək. Binanın fasadı, interyeri, dam örtüyü və həyəti də yenilənəcək”.

Qeyd edək ki, binada təmir-bərpa işləri ilə bağlı tender ötən ilin martında elan olunub. İşlərin 2021-ci ildə yekunlaşdırılacağı bildirilsə də, pandemiya səbəbindən müddət təxirə salınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol