Mehdi İbrahimova hökm oxundu

Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimovun cəzası bəlli olub.
"Qafqazinfo”nun məlumatına görə, İbrahimova 1 il 3 aylıq şərti azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, M.İbrahimov karantin qaydalarını pozaraq COVID-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, vəkili vasitəsilə ev dustaqlığına buraxılması üçün Xətai rayon məhkəməsinə müraciət etmişdi və hakim İbrahim İbrahimli onun müraciətini təmin etmişdi. M.İbrahimov ev dustaqlığına buraxılmışdı.
www.anews.az
























