Vilayət Eyvazov yoxlamalardan sonra rəis müavini də işdən çıxardı

Suraxanı Rayon Polis İdarəsindəki yoxlamalardan sonra daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovniki İbrahim İsmayılov sərəncama götürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Suraxanı Rayon Polis İdarəsində xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşının tutduğu vəzifədən aşağı vəzifəyə keçirildiyini, bir qrup əməkdaşa digər intizam tənbehləri verildiyini, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirildiyini açıqlamışdı.
www.anews.az
Son xəbərlər 
Daha çox 























