• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR 300-dən çox işçini çıxarıb? - AÇIQLAMA

SOCAR 300-dən çox işçini çıxarıb? - AÇIQLAMA
15.02.2021 10:33
"SOCAR Abşeron Qazma Şirkəti"ində (AQŞ) kütləvi ixtisarlar başlayıb. Mənimlə bərabər 300-dən çox işçini işdən azad ediblər. Dəfələrlə deyilib ki, pandemiya dövründə işçilər işdən çıxarılmasın, amma nəzərə almırlar. İxtisarlar hələ də davam edir”.

Bu iddia ilə "Qafqazinfo”ya şirkətdə anbardar köməkçisi kimi çalışdığını deyən Vüqar Hüseynov müraciət edib. O, özü ilə yanaşı bir çox işçilərin çətin vəziyyətdə qaldığını deyir: 

"İdarədə ümumilikdə 1200-ə yaxın işçi çalışırdı. 4-5 gün olar ki, təxminən 25 faizi işdən çıxarılıb. Bizə deyiblər ki, 3 ayın maaşını əvvəlcədən ödəyəcəklər.
 
İşdən çıxarılma səbəbimizi demirlər. Ancaq onu deyirlər ki, işçilərin sayı azaldılır. Rəhbərliyə də müraciət edirik, müraciətimizə baxan yoxdur.”

Problemlə bağlı SOCAR AQŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo”ya bildiriblər ki, şirkətdə kütləvi ixtisarlardan söhbət getmir: 

"SOCAR AQŞ xidmət təşkilatıdır. İşçilər işə layihə əsasında götürülür. Yəni SOCAR-ın müəyyənləşdirdiyi iş planı əsasında işçi qüvvəsi cəlb edilir və müqavilə bağlanır. Layihə tamamlandıqdan sonra isə müqaviləyə xitam verilir. Şirkətdə heç bir kütləvi ixtisardan söhbət getmir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol