• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror Türkiyəyə getdi

Baş prokuror Türkiyəyə getdi
15.02.2021 16:52
Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 15-də nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarət etdi. Böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edildi, məzarı önünə əklil qoyularaq Baş prokuror tərəfindən xatirə kitabına ürək sözləri yazılıb.

Daha sonra Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək İraqın Qara bölgəsində xain terror aktı nəticəsində 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi ilə bağlı başsağlığını ifadə edib.

Tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirən Baş prokuror bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğulayıb.

Baş prokuror Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edərək​ BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra etdiyini vurğulayaraq 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışıldı, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Azərbaycanın Baş prokuroru tərəfindən Türkdilli Dövlətlərin Baş prokurorlarının Əməkdaşlıq Şurasının yaradılması və təsis iclasının da rəmzi olaraq ölkəmizdə keçirilməsi ilə bağlı təşəbbüs irəli​ sürülüb.

Elə həmin gün nümayəndə heyətinin Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşü keçirilib. Ölkələrimizin ədliyyə orqanları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanaraq, iki ölkə arasında ikitrəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli və faydalı fikir mübadiləsi aparılıb.

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak edir.

Nümayəndə heyətinin səfəri davam edir.​

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol