İmişlidə qaz partlayışı - 3 nəfər ağır xəsarət aldı
17.02.2021 23:45
İmişli rayonunun Sarxanlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.
Anews.az xəbər verir ki, hadisə nəticəsində rayon sakinləri - 1961-ci il təvəllüdlü Atakişiyev Tahir Knyaz oğlu, 1963-cü il təvəllüdlü Atakişiyev Səfər Knyaz oğlu və 1960-cı il təvəllüdlü Atakişiyeva Ofeliya İdris qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (apa)