• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail tam təcrid rejiminin müddətini uzatdı

İsrail tam təcrid rejiminin müddətini uzatdı
19.02.2021 23:30
İsrail hökuməti daha əvvəl yanvarın 26-dan fevralın 20-dək tətbiq olunan ölkəyə giriş-çıxış qadağasının daha iki həftəlik müddətə uzadılmasını təsdiqləyib. Bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisindən bildiriblər.

"Telefon səsverməsində hökumət İsrailə giriş-çıxış ilə əlaqədar mövcud məhdudiyyətlərin daha 14 gün – martın 6-dək uzadılmasını təsdiqləyib”, – məlumatda deyilir.

Qeyd edək ki, fevralın 7-də İsraildə yanvarın 8-dən etibarən tətbiq olunan ümumi karantin rejiminin yumşaldılmasına başlanılıb. Yumşalmanın ilk mərhələsində əsassız halda yaşayış yerindən 1 km-dən çox məsafəyə getmək qadağası götürülüb, milli parklar və qoruqlar açılıb, restoran və kafelərin çatdırılma xidmətləri göstərməsinə icazə verilib. Bazar günü isə karantin məhdudiyyətlərinin yumşaldılmasının ikinci mərhələsi başlayacaq. Bu dəfə ticarət mərkəzləri, bazarlar, küçə mağazaları, muzeylər və kitabxanalar açılacaq, peyvənd olunmuş israillilərin idman salonlarına və üzgüçülük hovuzlarına, habelə mədəni tədbirlərə getməsinə icazə veriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol