• $
  • €
  • ₽
  • ₺
  • £

Zəvvarlarımız üçün təhlükə var?

Zəvvarlarımız üçün təhlükə var?
04.06.2014 22:07
Səudiyyə Ərəbistanında “dəvə qripi” adlandırılan virusdan ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlanıb. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkədə 688 nəfər “dəvə qripi” virusuna yoluxub, 282 nəfər ölüb. Qeyd edək bir müddət öncə bu virusadan ölənlərin sayı 190 nəfər olub.Bir müddət sonra müqəddəs torpaqlara Həcc ziyarəti başlanacaq. Azərbaycandan da xeyli sayda insan bu ziyarətdə iştirak edəcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) azərbaycanlı zəvvarların bu təhlükə ilə qarşılaşmamaları ilə bağlı görüləcək tədbirlər barəsində məlumat veriblər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ANS PRESS-ə açıqlamasında bu və ya digər forsmajor hallar olduqda Səudiyyə Ərəbistanın Həcc Nazirliyindən bununla bağlı direktivlər aldıqlarnı söyləyib: “Həcc ziyarəti yaxınlaşana yaxın bizə nə direktiv gələcəksə biz də ona uyğun hərəkət edəcəyik. Bura vaksinlərdən istifadə məsələsi də daxil ola bilər. Azərbaycandan Həcc ziyarətini təşkil edən bir təşkilat olaraq QMİ onların hər birinə əməl edəcək. Hələ ki, bununla bağlı olaraq bizə heç bir direktiv daxil olmayıb". Ancaq müqəddəs məkanlara ziyarətin başlanmasına çox az zaman qaldı. Yaxşı olardı ki, QMİ xəstəlik təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görərdi ki, Hacı olmaq istəyən soydaşlarımız problem yaşamasınlar.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol