• $
  • €
  • ₽
  • ₺
  • £

Həkimlər köçürülür, poliklinikalar boş qalır: Sumqayıtdakı tibb müəssisələrində nə baş verir? - AÇIQLAMA

Həkimlər köçürülür, poliklinikalar boş qalır: Sumqayıtdakı tibb müəssisələrində nə baş verir? - AÇIQLAMA
31.03.2021 09:30
Sumqayıtda tibb müəssisələrində bir neçə həftədir köçürülmə prosesi həyata keçirilir. Əhali isə sahə üzrə müraciət etdikləri poliklinikalardakı həkimlərin hara və niyə getdiyini bilmir.

Bu barədə bir qrup həkim müraciət edib.

Sumqayıtda poliklinikalarda çalışan dar ixtisaslı həkimlər başqa müəssisələrə köçürülür. Müəyyən bir qrup hər hansı xəstəxananın poliklinika şöbəsinə, digər bir qrup isə fərqli xəstəxanalara yerləşdirilib.

Həkimlərin sözlərinə görə, bir neçə poliklinikanın dar ixtisaslı həkimlərini (oftalmoloq, endokrinoloq, cərrah, nervopatoloq, dərizöhrəvi, psixoloq, kardioloq, burun-boğaz və s.) artıq çalışdıqları yerdən köçürüblər:

"Həkimləri köçürdükləri tibb müəssisələri ürəkaçan vəziyyətdə deyil. O qədər şəraitsiz otaqlardır ki, orada vətəndaşa xidmət etmək çox çətindir. Bir neçə həkimi kiçik otağa yığıb gələn vətəndaşlara yüksək səviyyədə xidmət etmələri tələb olunur. Bunu necə edək? Soruşanda da deyirlər ki, TƏBİB təlimat verib. Pandemiya ilə mübarizə aparılır. Düşünmürlər ki, bir neçə həkim bir otaqda otursa, eyni anda hər biri sadəcə bir xəstə qəbul etsə, karantin qaydaları pozulacaq, yoluxma da istisna edilmir”. 

Aydındır ki, nəinki ölkəmiz, eləcə də dünya ölkələri də gözlənilməyən koronavirus pandemiyası ilə üzbəüz qalıb. Tibb müəssisələrinin mərhələli şəkildə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçməsi bildirilib. Məlum səbəblərdən bu proses, eləcə də təhvil-təslim prosesi tamamlandıqdan sonra nəzərdə tutulan təmir-bərpa işləri gecikib.

Amma pandemiya səbəbindən proseslərin mərhələli şəkildə aparılması gecikirsə, həkimlər niyə əziyyət çəkməlidir?

Şəhər sakinləri isə deyir ki, poliklinikaya gedəndə həkim tapa bilmirlər:

"Həkimlər başqa-başqa yerlərə göndərilib. Bizi gah ora, gah da bura göndərirlər. Göndərdikləri tibb müəssisələrində isə heç həkimlər özü bir-birini tapa bilmir, o ki qaldı xəstələr”.

Bu iddialara görə, həkimlərin fəaliyyət şəraiti daha da çətinləşdirilir. Hətta bir qrup həkim vəzifələrindən azad ediləcəkləri ilə bağlı narahat olduqlarını da dilə gətirirlər.

Bəs maraqlıdır: Bu və bənzər şayiələrin arxasında duran səbəb nədir? Sumqayıtda yerləşən tibb müəssisələrində nə baş verir?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, dar ixtisaslı həkimlərin başqa müəssisələrə köçürülməsi prosesi icbari tibbi sığortaya keçidlə əlaqədar Ailə sağlamlıq mərkəzlərinin yaradılması ilə bağlıdır:

"Ailə sağlamlıq mərkəzlərində terapevt, pediatr, ginekoloq bir müəssisədə oturur. Dar ixtisaslı həkimlər isə xəstəxanaya köçürülürlər. Daha dəqiq desək, xəstəxananın poliklinika şöbəsi kimi ambulator həkim qəbulu şöbəsi kimi fəaliyyət göstərir. Hazırda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı belə yerləşdirmə aparılıb. Heç bir narahatlıq olmadan, xidmət ərazisi dəyişmədən sadəcə məkan olaraq həkimlər köçürülüb”. (oxu.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox