• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə istefada olan 10 admiral şübhəli şəxs qismində tutulub

Türkiyədə istefada olan 10 admiral şübhəli şəxs qismində tutulub
05.04.2021 19:30
Türkiyədə Montrö konvensiyası ilə bağlı yayılan bildirişi dəstəkləyən istefada olan 10 admiral şübhəli şəxs qismində tutulub, daha 4 şübhəliyə isə 3 gün ərzində polisə müraciət etmələri üçün birldiriş göndərilib.

Bu barədə Ankara Baş Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, şübhəlilər "103 admiraldan Montrö bildirişi” başlığı altında internet saytlarında və sosial şəbəkədə yayılan bildirişi dəstəkləyiblər. Onlar dövlətin təhlükəsizliyinə və Konstitutisyasına qarşı suç işləməkdə ittiham olunurlar.

Qeyd edək ki, Montrö konvensiyası 1936-cı ildə Türkiyənin Bosfor və Dardanel boğazlarında, Qara dənizədən Aralıq dənizinə kimi su hövzəsində suverneliyinin bərpası haqqındadır. Sənəd 1936-cı il iyulun 21-də İsveçrənin Montrö şəhərində imzalanıb. Konvensiyanı Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Avstraliya, Yaponiya, keçmiş SSRİ və Yuqoslaviya imzalayıb.

Xatırladaq ki, aprelin 4-də istefada olan 103 admiral adından yayılan bildirişdə Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırıblar. Onlar hesab edib ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Onlar bildirib ki, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək "İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.

Aprelin 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələyə münasibət bildirəcəyi gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol