Azərbaycanda daha üç məktəb distant təhsilə keçib

Kürdəmir rayonunda daha üç məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.
Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tədbirlər nəticəsində rayonun üç məktəbində koronavirus infeksiyası aşkarlanıb.
Bu səbəbdən rayonun 1, 2 və 6 saylı orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib.
www.anews.az
























