• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda 6 təşkilat üzrə maliyyə hesabatları düzgün tərtib edilməyib

Naxçıvanda 6 təşkilat üzrə maliyyə hesabatları düzgün tərtib edilməyib
05.04.2021 21:30
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası (MR) üzrə İdarəsinin 2020-ci il üçün İş planına uyğun olaraq Naxçıvan MR büdcəsinin xərclərinə büdcə-maliyyə nəzarəti tədbirləri çərçivəsində 11 təşkilat üzrə audit keçirilməsinə hazırlıqla əlaqədar müvafiq təşkilatlar üzrə planlaşdırma, proqram və işçi planları hazırlanıb.

"Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, iş planına uyğun olaraq Naxçıvan MR Yazıçılar Birliyində, Babək rayon icra başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, Naxçıvan MR Gənclər və İdman Nazirliyində, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında, Şahbuz rayon Baytarlıq İdarəsində, Naxçıvan Tibb Kollecində, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyində, Naxçıvan MR İnzibati Məhkəməsində, Naxçıvan MR-in Dövlət Nəqliyyat Xidmətində, Dövlət İmtahan Mərkəzi Naxçıvan MR Regional Bölməsində və Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib.

Hesablama Palatasının Naxçıvan MR üzrə İdarəsinin İş planında göstərilən 8 müəssisə, idarə və təşkilat üzrə təhlillər aparılıb. Təhlillərdə 6 təşkilat üzrə maliyyə hesabatlarının düzgün tərtib edilmədiyi müəyyən olunub. Aparılan təhlillərin nəticələrinə dair müvafiq rəylər tərtib olunub.

Hesabat ilində nəzarət tədbirləri ilə əhatə edilmiş vəsaitin məbləği 75281,4 min manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 35585,5 min manat və ya 89,6% çoxdur. Nəzarət təbirlərinin əhatə etdiyi dövr üzrə vəsaitlərin 21126,7 min manatı və ya 28,1%-i audit tədbirlərinin və 54154,7 min manatı və ya 71,9%-i isə təhlillərin payına düşüb.

2020-ci ildə İdarə tərəfindən aparılan auditlər nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara məktub göndərilmiş, eyni zamanda Naxçıvan MR Ali Məclisinə və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə müvafiq məlumatlar təqdim edilib. 2020-ci il üçün təsdiq olunmuş İş planına uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının 2019-cu il büdcəsinin icrası haqqında illik hesabat”a dair Rəy hazırlanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilib.

Hesabat ilində "Naxçıvan Muxtar Respublikasının 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinə dair Rəy hazırlanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol