• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgər Elvin Məmmədov həbsdən azadlığa çıxması üçün MÜRACİƏT edib

Əsgər Elvin Məmmədov həbsdən azadlığa çıxması üçün MÜRACİƏT  edib
08.04.2021 16:44
Doqquz  ildir həbsdə yatan Elvin Məmmədov bildirib ki, onun məhkəmə işinə düzgün baxılmayıb və o haqsız yerə 13 il həbs cəzası alıb. Bu barədə azadlığa çıxması üçün son ümid yeri olan sosial şəbəkələrdən müriacət ünvanlayıb. 

"2012-ci il 28 iyul əsgərliyimin altıncı ayında Ağdamda "N" saylı hərbi hissəsədə postda olduğum zaman silahla ehtiyatsız davranmağım nəticəsində xidməti avtomatdan əsgər yoldaşıma bir atəş açılıb və nəticədə o xəstəxanaya keçinib. Hadisə ilə bağlı Qarabağ hərbi prokrorluğunda cinayət işi açıldı. Cinayət məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 120.1 maddəsi  ilə  cinayət işi açıldı. Əvvəlki vəkilim dövlət hesabına olduğuna görə müstəntiq Tural Həsənli məni inandırıdı ki, elə ehtiyatsızlıq ucbatından insan öldürmə maddəsi ilə ittiham olunuram.  Lakin atam mənə vəkil tutduqdan sonra məlum oldu ki, əslində məni aldadıblar. Buna görə həmin müstəntiq Tural Həsənliyə töhmət də verildi. Amma  Tural Həsənli  qisas alaraq barəmdə qaldırılan   120.1 maddəsini 350.2( 2-ildən 5 ilə qədər həbs cəzası var) ilə yox (silahla ehtiyatsız davranma nəticəsində insan ölümü)  xuliqanlıqla adam öldürməyi nəzərdə tutan 120.2  maddəsi ilə əvəzlədi.  Nəticədə mən Gəncə ali məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edildim” – deyə Elvin Məmmədov qeyd edib.

13 illik cəzanın 9 illini çəkmiş Elvin Məmmədov hara müraciət etsə də müraciətlərinə baxılmamasından gileylənir. 


"Dəfələrlə müfaviq qurumlara üzləşdiyim haqsızlıqlarla bağlı məktublar yazsam da cavab almadım. Son ümid yeri kimi prezidentə məktub ünvanladım.  Ailəm dəfələrlə əfv komissiyasına müraciət edib. Şəhid atası olan dayım da Əfv Komissiyasına müraciət edib. Amma müraciətlər cavabsız qalıb”, – məhkum Elvin Məmmədov bildirib.


Müraciət ünvanlayan Elvin Məmmədov 2012-ci ildə Heydər Əliyev adına Ali hərbi məktəbinin ikinci kursunda oxuduğu zaman komandanlığın şəxsi prinsip və Qərəzi ucbatından hərbi məktəbdən xaric edildiyini də qeyd edib.


Elvin Məmmədovun müraciəti ilə bağlı ailə üzvləri ilə əlaqə saxladıq. 

" Oğlum çox savadlıdır. Əsgərlik zamanı ehtiyatsızlıq zəmnində baş verən hadisə onun bu duruma düşməsinə səbəb oldu. 9 ili boş yerə həbsdə keçib. Qarşıda hələ 4 ili var. Əfv komissiyasına müracət etsək də müraciətimizə baxan olmadı. Oğlumun əməlinə uyğun cəza çəkməsinə nail ola biləcək vəkil tutmaq üçün də yetərincə pulum yoxdur”, – deyə ata əlavə etdi. 
 
Elvin Məmmmədovun məktubundan bəlli olur ki,  o həbsdə olarkən ingilis, ərəb, fars və rus dillərini öyrənib.  "El harayına can deyən Şəhid Elcan Muradov" və "Sükutla danışanlar" adlı əsərlər yazıb. Qırxa yaxın elmi , pisxoloji ,fəlsəfi,vətənpərvərlik,tarixi və publistik mövzularda məqalələri müxtəlif qazet və jurnallarda nəşr olunub. 
 
Məhbusun əfv müraciətinə hansı səbəbdən baxılmadığını araşdırmaq məqsədilə Əfv komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət etdik. O, bildirdi ki, komissiya qanunvericiliyin tələblərinə uyğun olan bütün müraciətlərə baxıb. 
 
Əliməmməd Nuriyev həmçinin Elvin Məmmədovla bağlı müraciətin niyə təmin edilmədiyini  öyrənməyə çalışacağına söz verdi. 
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol