• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq etdi

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq etdi
11.04.2021 10:30
"Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi rayon icra hakimiyyətləri, sanki, vəzifələrini şəhid ailəsində olub, şəkil çəkdirib tirajlamaqda görüblər. 

Sosial şəbəkələrdə yazılanlardan, elə özümə daxil olan məktublardan bunu görməmək mümkün deyil. Qələbənin ilk günlərindən Şəhid ailələrinə, müharibə iştirakçılarına verilən yağlı, bərli-bəzəkli vədlərin əksəriyyəti yerinə yetirilməmiş qalır”.
Oxu24.com xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
A.İsmayılov bildirib ki, biganəlik göstərən icra başçılarının sırasında Gənclər və İdman naziri Azad Rəhimovun qudası Niyazi Bayramov xüsusi yer tutur: "Yüzdən artıq şəhidi olan Gəncə şəhərində belə birisinin olması həqiqətən bu şəhərin rəhbərlik tərəfindən bəxti gətirmədiyini göstərir. Bu şəxs şəhid ailələrinə nəinki biganəlik göstərir, şəhid anasına qarşı kobudluq etməkdən belə çəkinmir. Adlarının belə məsələlərdə hallanmasını istəməyən, ancaq mənə dəqiq məlum olan həmin şəhid ailəsi hamı tərəfindən təklif edilən bütün maddi köməklərdən imtina edib ki, oğlumuz Vətən uğrunda şəhid olub. Niyazi Bayramovun qəbulundə olan həmin şəhid anası sonda hüquq mühafizə orqanlarına da müraciət edib. Hesab edirəm ki, səlahiyyət sahibləri tərəfindən bu hal xüsusi araşdırılıb müvafiq qiymət verilməlidir. Onsuz da hakimiyyət və Ordu arasında narazılıq yaratmaq istəyən düşmən qüvvələr kifayət qədərdir. Ona görə də belə başçıların vəzifələrində qalması hakimiyyət üçün sonda ciddi baş ağrısı olacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol