• $
  • €
  • ₽
  • ₺
  • £

DİN gizli toy edənləri necə aşkar etdiklərini açıqladı - ZƏNGLƏR GƏLİR

DİN gizli toy edənləri necə aşkar etdiklərini açıqladı - ZƏNGLƏR GƏLİR
13.04.2021 23:07
"Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət karantin qaydalarında yumşalmalara getdi. Nəticədə insanların sui-istifadə halları müşahidə edildi”.

Anews.az  "Oxu.az"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru” proqramında "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır” sualına cava
O bildirib ki, vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin güzəştindən öz şəxsi maraqları üçün istifadə etməyə başladı:


"Restoranlar, ictimai iaşə obyektləri açıldıqdan sonra yoluxmalar artdı və bu özünü statistikalarda da göstərdi”.


E.Hacıyev onu da əlavə edib ki, karantin qaydalarını pozaraq toy mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur:


"Anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur. Bu paylaşımlar araşdırılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Nazirlər Kabinetinin operativ qərargahının təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu təmin edirik.


Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi insanın özünün bundan məlumatlı olmasıdır. İndi bu vəziyyətin ağırlığına baxın: Bəziləri aktiv koronavirus xəstələrinə nəzarət məqsədilə tətbiq edilən proqramda yaşayış yerini tərk etmədiyi kimi görünmək üçün telefonunu evdə qoyur. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir”.


"Tibbi maskalardan istifadə isə təəssüf ki, görüntü məqsədi daşıyır. Yuxarı tənəffüs yolları bağlanmır, tibbi maskalar təyinatına uyğun istifadə edilmir”, - deyə E.Hacıyev qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol