• $
  • €
  • ₽
  • ₺
  • £

Gizlin toy edənlərin yerini polisə kim xəbər edir? – DİN rəsmisi AÇIQLADI

Gizlin toy edənlərin yerini polisə kim xəbər edir? – DİN rəsmisi AÇIQLADI
14.04.2021 11:39
"Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün əsas tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət müəyyən mənada karantin qaydalarında yumşalmalara getdi və bir çox sahələr yenidən fəaliyyətinə başladı. Kafe və restoranlar, ictimai iaşə obyektləri açılandan sonra  isə insanların sui-istifadə halları müşahidə edildi. Və vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin yaratdığı bu imtiyazdan öz şəxsi maraqları üçün istifadə etməyə başladı. Nəticədə də yoluxma sayı artdı və bu özünü statistika da göstərdi".

Anews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında deyib.

E.Hacıyev  "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır" sualına cavab verərkən bildirib ki, bununla bağlı qaynar xəttə çox saylı anonim zənglər daxil olur:

"Anonim zənglərdən əlavə, sosial şəbəkələrdə olan informasiyalar yoxlanılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Belə bir prinsipimiz yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu icra edirik.

Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi isə özünün bundan məlumatlı olmasıdır. Həmin şəxs onu izləyən cihazı evdə qoyur və evdəyəm görüntüsü yaradır. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol