• $
  • €
  • ₽
  • ₺
  • £

Psixoloji sarsıntı keçirən qazinin ailəsi danışdı - Video

Psixoloji sarsıntı keçirən qazinin ailəsi danışdı - Video
15.04.2021 11:12
sosial şəbəkələrdə ağır vəziyyətdə olan Vətən müharibəsi qazisi Tarıverdiyev Şahmar Şaban oğlunun müalicəyə ehtiyac olması ilə bağlı görüntülər yayılmışdı. Ağdaş rayon Ovçulu kəndində yaşayan 1995-ci il təvəllüdlü qazinin psixoloji vəziyyətinin yerində olmadığı bildirilirdi. Görüntülərdən sonra onun 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirildiyi deyilir.


Anews.az xəbər verir ki, qazinin valideynləri Baku TV-yə açıqlama verərək oğullarının vəziyyəti ilə bağlı danışıblar, günün əksər saatlarında şiddətli sarsıntı keçirdiyini qeyd ediblər.


Qazinin anasının sözlərinə görə, dekabrın 31-də partlayış olub və nəticədə oğlu ağır beyin zədəsi alıb: "Beyninə qan gəlib, sonra qan dayanıb və beynində quruyub qalıb, tormozlanma yaranıb. İki dəfə Bakıya hərbi hospitala, bir dəfə Mingəçevirdə xəstəxanaya aparmışıq. Maştağada xəstəxanaya yerləşdirdik, iynə vurub iki ayağını topal elədilər. İnsanı qara görür hücum edir. Elə bilir ermənidir gələn. Biz onu tutanda qışqırır ki, "qardaşlar, qoymayın, məni əsir götürürlər””. 


Qazinin atası Şaban Tarıverdiyev də oğlunun çətin vəziyyətdə olduğunu deyir: "Mən dözə bilmirəm, atayam. Kiçik qardaşını qonşuda yatırdıram. Onu heç görməyə gözü yoxdur. Qardaşını tutan kimi atılır üstünə. Mən onun bir qolunu tutub saxlaya bilmirəm. Anası kömək eləsə çətinliklə saxlayırıq”. 


Xatırladaq ki, görüntülər yayılan zaman Ağdaş rayon İcra Hakimiyyətindən "Qafqazinfo" ya bildirilib ki, sözügedən qazi evində üç dəfə ziyarət edilib: "Deputat tərəfindən də ona kömək edilib, dərmanlar verilib. Bildirilib ki, onun vəziyyətindən məlumatlıdırlar. Qaziyə necə lazımdır köməklik göstərilib və bundan sonra da vəziyyəti diqqətdə saxlanılacaq".


Qazinin qardaşı Tarverdi Tarverdiyev isə saytımıza deyib ki, video yayılandan sonra qardaşı xəstəxanaya yerləşdirilib: "O ilk dəfədir ki, müalicə alacaq. Videodan sonra Kamil Zeynallı bizimlə əlaqə saxladı. Bu gün onun köməyi ilə qardaşımı Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirdik. Həkimlər dedi ki, müalicələrdən sonra düzələcək".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol