• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR
15.04.2021 14:50
Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.

Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na "1.4.1.9.0.0” paraqrafı əlavə edilib. Bununla da Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı üzrə digər gəlirlərinə "dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert” də daxil edilib.

"Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.

Əlavə edilib ki, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol