• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda avtomobil qaçıran şəxslər tutuldu

Lənkəranda avtomobil qaçıran şəxslər tutuldu
16.04.2021 19:30
Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlanıb.


"Report”un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Girdəni kənd sakininə məxsus "VAZ-2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.


Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.


Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol