• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların kompakt yaşadığı Almaniya şəhərində komendant saatı elan edilib

Azərbaycanlıların kompakt yaşadığı Almaniya şəhərində komendant saatı elan edilib
17.04.2021 09:22
Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Köln şəhərində komendant saatı elan edilib.

"Report”un Avropa bürosunun məlumatına görə, insidans (hər 100 min əhalidən 100-nün virusa yoluxması) dəyərlərinin 100-ü keçdiyi Köln şəhərində axşam saat 21:00-dan sonra küçəyə çıxmaq qadağan olunub. Köln şəhərinin bələdiyyə sədri Henriette Reker bildirib ki, əyalətdə aktiv koronavirus daşıyıcılarının 60 minə yaxın olduğunu nəzərə alaraq komendant saatı elan etməyə məcbur qalıblar.
 

"Axşam saat 21-dən sonra küçəyə çıxmaq qadağan olunur. Bütün mağaza və marketlər bağlanacaq. Yalnız sifarişlə çatdırılma xidməti olan restoranların, növbətçi apteklərin fəaliyyətinə icazə veriləcək”, - bələdiyyə sədri H.Reker bildirib.

O qeyd edib ki, küçəyə çıxmaq qadağasına əməl etməyən şəxslər 250 avro məbləğində cərimələnəcəklər.

Məlumat üçün bildirək ki, Köln şəhəri azərbaycanlıların kompkat yaşadığı Almaniya şəhərləri sırasındadır.

Ölkədə aktiv koronavirus daşıyıcılarının sayı 267 700 nəfərdir, 79 628 nəfər bu virusun qurbanı olub, 2 752 000 nəfər isə sağalıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol