Futbolçunun qayınanasını döyən şəxslə bağlı - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb. İ. Kvritiya məsələdə ittiham edilən şəxsin saxlanıldığını, daha sonra isə sərbəst buraxıldığını iddia edib. Daxili İşlər Nazirliyi sözügedən iddia ilə bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, törətdiyi əməldə təqsirli bilinən, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Namiq Bayramov tutulub: "Onun azadlığa buraxılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Fakt üzrə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























