• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə məskunlaşan məcburi köçkünün sürpriz qonağı

Şəkidə məskunlaşan məcburi köçkünün sürpriz qonağı
29.05.2020 11:43
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri mayın 30-da Şəkidə olublar.Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, dostluq qrupunun rəhbəri Kristofer Pinçerin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə parlamentin deputatları daxil olub.Səfər çərçivəsində qonaqlar Şəki rayonunda məcburi köçkünlər üçün yeni salınmış “Çələbixan” qəsəbəsinə baş çəkib, burada məskunlaşan köçkün ailələrindən birinin qonağı olub, çay süfrəsi ətrafında səmimi söhbət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, 2012-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan bu qəsəbədə 423 məcburi köçkün ailəsi yaşayır.Sonra nümayəndə heyəti qəsəbədə fəaliyyət göstərən məktəbdə yaradılan şəraitlə tanış olub.Məlumat verilib ki, qəsəbədə, həmçinin uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi və poçt binası inşa edilib.Şəkiyə səfəri çərçivəsində Böyük Britaniya Parlamentinin nümayəndə heyəti şəhərin görməli yerlərini gəzmiş, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı və XIX əsrə aid “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanış olub.//AzərTAc
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol