• $
  • €
  • ₽
  • ₺
  • £

7 yaşlı qızın döyülməsi araşdırılır - Rəsmi açıqlama

7 yaşlı qızın döyülməsi araşdırılır - Rəsmi açıqlama
19.04.2021 12:10
Bakıda 7 yaşlı qızın atalığı və anası tərəfindən döyülməsi iddiaları ilə bağlı araşdırmaya başlanılıb. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona uşağın döyülməsi ilə bağlı məlumatı Xətai rayonu UPD Keşlə qəsəbəsində yaşayan ailənin qonşuları məlumat veriblər: "7 yaşlı qızın anası ilə atası ayrılıb, böyük övlad doğma atası ilə yaşayır. Bu qız isə anası ilə qalır və anası ailə qurub. Qonşular bildirir ki, artıq neçə aydır atalığı və anası 7 yaşlı uşağı döyür, şiddətə məruz qoyur. Bunu da ətrafda hamı bilib və heç bir addım atan olmayıb”.

K.Ağazadə bildirir ki, ona məlumat veriləndən sonra qonşuları sahə müvəkkilinə yönləndirib: "Polis əməkdaşı uşağın izahatını alıb və deyilənləri uşaq təsdiq edib. Daha sonra iş 37-ci Polis Bölməsində təhqiqata verilib. İşi aparan Aqil müəllim əvvəlcə mənə dedi ki, qonşular yalan danışır, heç bir döyülmə halı olmayıb. Məsələ ictimailəşdikdən sonra iş təhqiqatdan alınıb istintaqa verilib. Uşaq dərhal ailədən uzaqlaşdırılmalıdır”.

Birlik sədri qeyd edib ki, onun müraciətləri əsasında Xətai rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı araşdırma aparır.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, müraciət əsasında araşdırma aparılır: "Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol