• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə kafe və restoran cərimələndi - TAM SİYAHI

Bir neçə kafe və restoran cərimələndi - TAM SİYAHI
20.04.2021 16:47
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 456 ictimai iaşə obyektində 150 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, mnitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ŞTQ, Gənclik-Bünyatzadə kəsişməsində yerləşən, fiziki şəxs Ağayev Ceyhun Eldar oğluna məxsus kafe;
2. Bakı şəhəri,Nizami ‎rayonu, Babək prospekti ev 2211 məhəlləsində yerləşən, fiziki şəxs Abdullayev Ələsgər Bayram oğluna məxsus "Qəbələ" restoran;
3. Bakı şəhəri,Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 23 ünvanında yerləşən, fiziki şəxs Bağırov Kamil Mehdi oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 37 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Mehman oğluna məxsus kafe;
5. Bakı şəhəri, N.Nərimanov rayonu, Neymətulla küçəsi ev 37 ünvanında yerləşən, fiziki şəxs Kərimli Ağaisa Kərim oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev 33 ünvanında yerləşən, hüquqi şəxs Kraun MMC-yə məxsus restoran;
7. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 566 ünvanında yerləşən, fiziki şəxs Baxışov Cəmaləddin Baxış oğluna məxsus "Chaikhor" restoran;
8. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, fiziki şəxs Abdullayev Pərvin Mirsəlim oğluna məxsus restoran;
9. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Cəlal Rəsul oğluna məxsus "Ləziz" dönər;
10. Sumqayıt şəhəri, 5-ci mikrarayonda yerləşən, fiziki şəxs Rəhimov Röyal Şəmil oğluna məxsus "Fidan" kafe;
11. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Babayev Əvəz Sulduz oğluna məxsus "Amazon" kafe;
12. Kürdəmir rayonu, Atakişili ünvanında yerləşən, fiziki şəxs Bayramov Asim Rasim oğluna məxsus kafe;
13. Gəncə şəhəri, Atatürk prospekti 254 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elşən Abbasəli oğluna məxsus kafe;
14. Balakən rayonu, Katex kəndində yerləşən, fiziki şəxs Mollaçiyev Nizami Nuzamiddin oğluna məxsus kafe;
15. Masallı şəhəri,H.Əliyev prospektində yerləşən, fiziki şəxs Mehran Rəhimli Əhmədağa oğluna məxsus "Masallı" Hotelin tərkibində fəaliyyət göstərən kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox