• $
  • €
  • ₽
  • ₺
  • £

Stalin və 20 quldurunun təşkil etdiyi ən məşhur oğurluq

Stalin və 20 quldurunun təşkil etdiyi ən məşhur oğurluq
01.05.2021 11:30
Stalin altı dəfə həbsdə olub. Yalnız birincisi - siyasi səbəblər ilə bağlı idi. Digər bütün cəzaları soyğunçuluqa görə olmuşdu. Sürgünlərdən birində soyadını Cuqaşvilidən Stalinə dəyişdirib.
 
Partiyanın lehinə, gənc Stalin ideoloji döyüşçü kimi basqınlar, soyğunlar təşkil edirdi. Tiflisdəki soyğunçuluğu isə əsrin qarəti hesab olunur. Stalinin dəstəsi Bakı neftçilərini də daim qorxu içində saxlayırdı. "Yaradıcılığının" zirvəsi "İmperator Birinci Nikolay" gəmisinə hücum idi.
 
Əvvəlcə isə gələcək "millətlərin atası"nın ən "pullu və böyük" işi haqqında: 13 İyun 1907-ci ildə Stalin Rusiya İmperiyası tarixində ən məşhur soyğunçuluq hazırladı və həyata keçirdi.
 
Tiflisin mərkəzində, İrəvan meydanında, Stalinin uşaqlıq dostu Simon Ter-Petrosyanın (partiya ləqəbi Kamo) rəhbərlik etdiyi iyirmi quldur kolleksiyaçıların arabalarına hücum etdilər. Bombalı hücum zamanı əksəriyyəti ətrafda olan əlliyə yaxın insanı öldürüldü. Soyğunçular təxminən 300 min rubl (mövcud məzənnə ilə təxminən 4 milyon dollar) ələ keçirdilər. Ancaq bu pul yuyula bilmədi.
 
Bütün 500 rublluq əskinaslar qeyd olundu və bolşeviklər bu vərəqələri xaricdə dəyişdirməyə çalışan kimi dərhal Rusiya polisi tərəfindən məlumatlandırılan yerli polis tərəfindən tutuldular. Beləliklə, Fransada gələcək SSRİ Xarici İşlər Xalq Komissarı Litvinov, 1907-ci ilin noyabrında isə Kamo özü Berlində həbs olundu. Lakin Stalin kölgədə qalmağı bacardı. 1908-ci ilin martında həbs olunarkən, Tiflis basqınında iştirakı ilə bağlı ona qarşı heç bir ittiham irəli sürülmədi.
 
Bu hekayənin Stalin üçün davamı var idi: Stalinin RSDRP-dən (Rusiya Sosial Demokratik İşçi Partiyası) partiya səviyyəsində xaric edilməsi ilə sona çatdı.
 
Stalinin tərcümeyi-halındakı bütün bu hadisələr 1918-ci ildə Menşeviklərin lideri Yuli Martovun "Yoldaş Koba" nın yarı cinayət keçmişi haqqında bir məqalə dərc etdiyi zaman ortaya çıxdı. Stalin izahatlar vermək məcburiyyətində qaldı. Bir neçə il sonra Tiflis "keçmişi" nin əsas şahidi Kamo Ter-Petrosyanın anlaşılmaz bir şəkildə Tbilisidə avtomobil təkərləri altında ölüsü tapıldı. Bu ölüm hadisəsinin adi qəza olduğuna inananlar demək olar tapılmadı. Çünki həmin vaxtda nəinki Tiflisdə, ümumiyyətlə Gürcüstanda çox az sayda avtomobil vardı.
 
Tərcümə: Rafiq Şahbazov

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox