• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər sülhməramlılara açıq-aşkar meydan oxuyur: 76 il sonra faşistlər Kremli məğlub edəcək?

Ermənilər sülhməramlılara açıq-aşkar meydan oxuyur: 76 il sonra faşistlər Kremli məğlub edəcək?
26.04.2021 20:54
Atalar yaxşı deyib, itlə dostluq et, ancaq çomağı əlindən qoyma. Elə indi Qarabağda sülhməramlıların nəzarətindəki ərazidə baş verənlər məhz bu misalı xatırladır.
Heç kimə sirr deyil ki, ermənilərin tarixində saxta olmayan bircə şey varsa, o da əsrlər boyu Rusiyanın himayəsindən istifadə etmələridir. Lakin bu gün sosial şəbəkələrin Ermənistan seqmentində yayılan informasiyalar onu göstərir ki, erməni xisləti hətta Rusiyanın belə "üzünə ağ olmağa” imkan verəcək qədər riyakardır.
Belə ki, sosial şəbəkənin erməni istifadəçilərinə inansaq Rusiyanın sülhməramlı kontingenti 9 May Qələbə Gününə qədər faşist Qaregin Njdeyə Xocavənddə qoyulmuş abidənin sökülməsini tələb edib.

Ermənilərin cavabı isə Rusiya sülhməramlılarının şəxsində Kremlə təhqir mahiyyəti daşıyıb. Çünki ermənilər sözügedən abidənin qarşısında "Bura sizin üçün Armavir deyil” yazılan plakat yerləşdiriblər. Bununla da onlar Armavirdə Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsinə işarə vurub və bir növ Rusiyaya meydan oxuyublar. Erməni sosial şəbəkə istifadəçiləri açıq-açkar Kremlə "Bura Rusiya deyil, faşizm tərəfdarının abidəsinin kölgəsi altında faşizm üzərində Qələbə Paradını keçirin” mesajını veriblər.
İtlə dostluq edib, çomağı nəinki əlindən yerə qoyan, hətta ümumiyyətlə varlığını unudan Rusiya üçün isə ermənilərin bu addımı dərs çıxarılmalı olan bir hadisə kimi qəbul edilməlidir. Odur ki, missiyasına başladığı gündən etibarən öz vəzifəsinin mahiyyətini dərk etməyərək çoxsaylı "səhvlərə” yol verən, ermənilərin sağlığına badə qaldıran sülhməramlıların indi qətiyyətli addımlar atmaq və dostluq etdiyi itə öz çomağını göstərmə vaxtıdır...
Əks halda yuxarıdakı qeyd etdiyimiz plakatda yazılan cümlə, Rusiya kimi nəhəng bir ölkənin imicini, nüfuzunu yerlə bir edə biləcək gücdədir. Bütün dünyada II dünya müharibəsində Rusiyanın rolu ilə bağlı təzadlı fikirlərin hökm sürdüyü, Moskvanın isə bu şanlı zəfərdə özünü bayraqdar elan etdiyi bir şəraitdə sülhməramlıların Qaregin Njdenin kölgəsində qalması isə 76 il sonra faşizmin Kreml üzərində qələbəsi anlamına gələ bilər!
Mənbə: oxu.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol