“Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq
28.04.2021 13:01
"Bu ilin sonuna qədər "Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.
"Bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il prosesi yekunlaşdırmağa çalışırıq”, - deyə o, bildirib.