• $
  • €
  • ₽
  • ₺
  • £

Bir qrup hərbi qulluqçu­ tərxis edildi

Bir qrup hərbi qulluqçu­ tərxis edildi
29.04.2021 15:42
Aprelin 28-29-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçu­larının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.


DSX-nin Mətbuat Mərkəzindən Anews.az-a bildirilib ki, mərasimlərdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb, Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.


Hər bir sərhədçi əsgərin Azərbaycan Respubli­kasının Prezidenti, Silah­lı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliye­vin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm zəfərlə başa çatan və Azər­baycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən Müharibəsinin qalib əsgəri olmaqdan, müqəddəs torpaqları­mızın azad olunmasında işğalçı düşmən qüv­və­lərinə qarşı döyüşməkdən, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanıb.


Ölkəmizin ərazi suverenliyinin bərpası, doğma torpaqlarımızın yağı düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda qalacağı qeyd olunub.


Xidmət etdiyi hərbi hissə ilə vidalaşaraq mülki həyata qovuşacaq əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.


Tədbirlərin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıblar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol