Mətanət İsgəndərli koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub.
Bu barədə "Qafqazinfo”ya sənətçinin keçmiş gəlini Canana məlumat verib.
"Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”
www.anews.az
Son xəbərlər 
Daha çox 























