“Erməni keşiş efirdən deyir ki, Azərbaycan tərəfdən cinlər savaşıb”

"Ermənilər bu yaxınlarda televiziyalarının birində keşişi efirə çıxarıb, sübut etməyə çalışırdılar ki, İkinci Qarabağ savaşında Azərbaycan tərəfdən cinlər savaşıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Spiker Sahibə Qafarova isə deputatın çıxışına belə reaksiya verib: "Ermənilər nə qədər səfeh-səfeh danışsalar, o qədər yaxşıdır”.
www.anews.az
























