• $
  • €
  • ₽
  • ₺
  • £

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı - YENİLƏNİB

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı - YENİLƏNİB
06.05.2021 12:50
Bloger Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib:

"O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbət aparılaraq sərbəst buraxılıb. Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə, əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib".

----- 
Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmaya başlayıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Videogörüntülərdə qeydə alınan şəxsin M.Hüseynovu təhqir etdiyi və ona fiziki təzyiq etdiyi görünür. M.Hüseynov bildirib ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olmuş və işdən çıxarılmış Elxan Tağıyev özünü polis kimi təqdim edərək "parkovşik”i hədələyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol