• $
  • €
  • ₽
  • ₺
  • £

Korona xəstələrindən imtina edib, aksiya keçirən tibb işçiləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Korona xəstələrindən imtina edib, aksiya keçirən tibb işçiləri ilə bağlı RƏSMİ AÇIQLAMA
07.05.2021 12:18
Binəqədi rayonu 9 saylı köməkçi tibbi yardım stansiyasının işçiləri əlavə maaşlarının verilməməsi iddiası ilə aksiya keçiriblər. Dünən axşam saatlarında keçirilən aksiya ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama verib.

Agentlikdən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib:

"Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Məlumat üçün bildirək ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub".

Xatırladaq ki, sözügedən tibb işçiləri həftəsonları da işlədiklərini bildirərək əlavə ödəniş tələbi lə çıxış ediblər. Onlar eyni zamanda aidiyyatı qurumlar tərəfindən fərdi qoruyucu vasitələrlə təmin edilmədiklərini bildiriblər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol