• $
  • €
  • ₽
  • ₺
  • £

“Windows” sistemlərinə icazəsiz giriş edən proqram aşkar edilib

“Windows” sistemlərinə icazəsiz giriş edən proqram aşkar edilib
08.05.2021 19:30
Naməlum kibercinayətkar qruplaşması "Windows” sistemlərinə hücumlarda yeni "rutkit”dən (ziyankar proqram) istifadə edir.

Bu barədə "Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Ekspertlər ziyanverici kampaniyanı "TunnelSnake” adlandırıblar. Kampaniyanın 2018-ci ildən etibarən işə salındığı güman edilir. "Kaspersky Laboratoriyası”nın mütəxəssisləri yeni rutkitə "Moriya” adını verib. Ziyanverici proqram operatorlara, antivirus proqramları tərəfindən yoxlamanı ötərək, qurbanı izləməyə imkan verən "Backdoor” ("arxa qapı”) kimi çıxış edir.

"Moriya” vasitəsilə kibercinayətkarlar daxil olan trafiki ələ keçirə və təhlil edə bilirlər. Bunun üçün ziyankar proqram Windows nüvəsinin ünvan məkanına giriş əldə edir. Bundan əlavə, "rutkit” daxil olduğu hosta komandalar göndərməyə imkan verir.

"Backdoor” qurbanın trafikində gizlənən xüsusi yaradılan paketlər şəklində təlimatlar alır. Bu o deməkdir ki, ziyanverici proqrama standart komanda serveri (C2) tələb olunmur çünki cinayətkarlar yoxlamanı ötüb keçməyə istiqamətlənib. "TunnelSnake” kimi kampaniyalara tez-tez rast gəlirik. Bu kampaniyalar çərçivəsində kibercinayətkarlar ziyanverici əməliyyatları gizlətmək üçün bütün səylərini ortaya qoyur. Müəyyən baxımdan bunlar ona nail olur çünki belə əməliyyatları aşkar etmək həqiqətən də çətindir”, – deyə "Kaspersky Laboratoriyası”nın mütəxəssisləri izah edir.

"Kaspersky” mütəxəssisləri "TunnelSnake” kampaniyasını həyata keçirən qruplaşmanın adını çəkməsə də, bu işdə çin dilli cinayətkarların əlinin olduğunu güman etməyə əsaslar var.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol