• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə bir xəstəyə iki qaraciyər köçürülüb

Azərbaycanda ilk dəfə bir xəstəyə iki qaraciyər köçürülüb
08.05.2021 19:00
"Mərkəzi Klinika”da ölkədə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

Bunu əməliyyatı aparan cərrah-transplantoloq Mircəlal Kazımi deyib.

O bildirib ki, xəstə uzun müddət hepatit B ilə əlaqəli qaraciyər sirrozundan əziyyət çəkib: "Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi.

Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi”.
M.Kazımi xatırladıb ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1 500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb.

Klinikanın baş həkiminin müavini, ümumi cərrah Zaur Xəlilov isə əməliyyatın mürəkkəbliyi haqqında danışıb: "Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir”.

Donorlar artıq evə buraxılıb, xəstə isə yaxın günlərdə evə yazılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol