• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni”: Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq

“Bakı Metropoliteni”: Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq
08.05.2021 15:41
"2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb”.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-dən bildirilib.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manata təşkil etməsi gözlənilir”, - deyə açıqlamada qeyd edilir.

Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır. Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma "Bakı Metropoliteni”nin açıqladığı rəsmi məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.

1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən "8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol