• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oliqarxın oğlunun Londondakı qonşuları - Aralarında baş nazirin müavini də var

Azərbaycanlı oliqarxın oğlunun Londondakı qonşuları - Aralarında baş nazirin müavini də var
11.05.2021 13:34
Keçmiş senator Fərhad Əhmədovun tərəfdarları keçmiş arvadına London məhkəməsinin qərarı ilə verəcəyi boşanma təzminatını ödəməməsi üçün yeni bəhanələr tapırlar.


Dünya və Rusiya mediası, London Ali Məhkəməsinin Azərbaycan əsilli rusiyalı milyarderin keçmiş həyat yoldaşı Tatyanın Krasnodar diyarından keçmiş senator Fərhad Əhmədovun oğlu Teymura qarşı iddiası ilə bağlı son qərarını fəal şəkildə müzakirə edir.


Məhkəmə müəyyən edib ki, Teymur bir neçə il boyunca atasına 2016-cı ildə boşanması zamanı təxminən 600 milyon dolların gizlədilməsində yardım edib. İndisə məhkəmə qırarına görə, Teymur anasına həmin məbləğin altıda bir hissəsini ödəməlidir. 


Onun pulu var - 27 yaşlı oğlan, Londonun ən bahalı yaşayış kompleksi "One Hyde Park" da, ukraynalı oliqarx Rinat Axmetov, Qətərin baş nazirinin müavini və digər hörmətli insanlara bitişik, kifayət qədər böyük bir mənzilə sahibdir. Fransada sanballı əmlakı, çox böyük super avtomobil kolleksiyası var... siyahını uzarmaq da olar. Göründüyü kimi, indi bütün bunlar məhkəmə tərəfindən anasının lehinə müsadirə ediləcək və Teymur həmişəki lüks həyat tərzini dəyişdirməli olacaq. Onun doğulduğu və böyüdüyü Dumanlı Albionun paytaxtını tərk etməsi də gözlənilir. 


Fərhad Əhmədova gəldikdə, sərvətini Rusiyada qazanıb, bu ölkəni çoxdan tərk edib və Dubay ilə doğma Azərbaycan arasında yaşayır.


Fərhad Əhmədovla Tatyana 1990-cı illərin əvvəlində evləniblər və dərhal Böyük Britaniyaya köçüblər. Onların ailəsində iki uşaq doğulub – oğulları Teymur və Eqdar. Lakin nikahları çat verib, 2013-cü ildə Tatyana ərinin davranışları səbəbindən boşanma üçün iddia qaldırıb. 


Məlum olub ki, Fərhad Əhmədov 10 ildən çox faktiki iki evdə yaşayıb, gizlincə gənc model Anna Adamova ilə görüşüb. Britaniya mediasının yazdığı kimi, bir ailə tətili zamanı Anna qonşu kurorta gəlib və Əhmədovun hidroplanla arvadının yanından onun yanına qaçıb. Teymurun sözlərinə görə, anası hər şeyi təxmin edib. Annanın Fərhaddan oğlu dünyaya gələndə isə buna artıq susa bilməyib.


2016-cı ildə London məhkəməsi Əhmədovun Tatyanaya sərvətinin təqribən 40 faizini , demək olar ki, 600 milyon dollar təzminat ödəməsinə qərar verib. Oliqarx bu qərarı "tualet kağızı parçası" adlandırıb və buna riayət etməkdən qəti şəkildə imtina edib. İddiasına görə, Tatyana ilə uzun illər əvvəl Moskvada boşanıbı və bu illər ərzində onunla birlikdə yaşamağa davam etdiyini iddia edib.


Ancaq London məhkəməsi Əhmədovun vəkilləri tərəfindən verilən "Moskva" boşanmasına dair sənədləri uydurma hesab edib və qərarını qüvvədə saxlayıb, sonra bunu Moskvadakı məhkəmə təsdiqləyib. O vaxtdan bəri Tatyana Əhmədova və vəkilləri keçmiş ərinin mülklərini dünyada axtarır.


2020-ci ilin yanvarında isə oğlu Teymura qarşı məhkəməyə müraciət edib, bu illər ərzində atasına ailə kapitalını ondan gizlətməyə kömək etdiyindən şübhələnib.


Məhkəmə qərarı ilə ortaya çıxan ata və oğul Əhmədovların hüquqşünaslar, bankirlər və məsləhətçilərlə yazışmaları bu illər ərzində mülkləri necə gizlətməyi bacardıqlarına aydınlıq gətirib.


Mənbə: Lent.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox