• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna axtarışda olan şəxsi Azərbaycana ekstradisiya etdi

Ukrayna axtarışda olan şəxsi Azərbaycana ekstradisiya etdi
11.05.2021 18:34
Azərbaycan Respublikası Baş Prokurorluğu Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu verib.
Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Ömərzadə Zahid Xandadaş oğlunun 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə 11.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox