• $
  • €
  • ₽
  • ₺
  • £

Maşın çaya düşdü, ölən və yaralananlar var - Foto

Maşın çaya düşdü, ölən və yaralananlar var - Foto
11.05.2021 22:11
Balakəndə minik avtomobili çaya düşüb, sürücü ölüb, daha üç nəfər xəsarət alıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədvəli oğlu Əhməyev idarə etdiyi "VAZ 21099” markalı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb.
R.Əhməyev idarəetməni itirərək maşını ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli ağır bədən xəsarətləri alan R.Əhməyev və avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü İmran Rəcəbov, 1970-ci il təvəllüdlü Fərman Piriyev və 1990-cı il təvəllüdlü Mərdan Piriyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox