• $
  • €
  • ₽
  • ₺
  • £

“Berqa” markasının dəstəyi ilə Onlayn Qadın Festivalı keçirilib

“Berqa” markasının dəstəyi ilə Onlayn Qadın Festivalı keçirilib
11.05.2021 12:18
Azərbaycanda ilk dəfə olaraq "Berqa” markasının da rəsmi tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutub.
 
Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradan festivalqadinfest.azplatforması üzərindən həyata keçirilib.

Bir fincan əhvalları dəyişdirən "Berqa” çayının ətrafına toplanan xanımları maraqlandıran çoxşaxəli mövzular müzakirəyə çıxarılıb, onlar üçün əsl xoş əhval zonası yaradılıb. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutub.

Festival zamanı "Azərsun Holdinq”in Çay Kateqoriyasının direktoru Derya Cantutan Ata çıxış edərək, festivalın keçirilməsinin önəmini vurğulayıb, bu kimi tədbirlərin qadınların həyatında xüsusi yerin olduğunu bildirib.

"Berqa” markası festivalda iştirak edərək xoş əhval zonası yaradıb. Məqsəd, qadınlarla təmas qurmaq, bir stəkan çayın mahiyyətini daha yaxından izah etməkdir. Festival zamanı "Berqa” qadınlarla ünsiyyətə keçərək onlarda xoş əhval yaratmağa nail olub. Ünsiyyətin qurulmasında İctimai Televiziyanın aparıcısı Nübar Əbil moderatorluğu öz üzərinə götürüb. Festivalda "Berqa” çayının 100% təbii və yeni meyvəli çeşidlərinin təbii meyvə dilimli olması barədə məlumat verildi.

Qadınlardan gələn müxtəlif suallar arasında ən diqqət çəkəni, "Azərsun Holdinq”in qadınlarla bağlı siyasəti olub. Bildirilib ki, Şirkətlər Qrupunda 4500-dən çox qadın çalışır, yarandığı gündən bu günə qədər, idarəedici olaraq qadınlarının sayı ildən ilə artır. Bundan əlavə, hamilə və 3 yaşına qədər uşağı olan qadınlara təcrübə müddəti tətbiq edilmir, icazə haqqı normal işçilərlə müqayisədə daha çox verilir. Bu da, "Azərsun Holdinq” olaraq qadın əməkdaşlara olan diqqəti göstərərək, onların iş fəaliyyətində qalmaları üçün dəstəkləmək məqsədi daşıyır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol