• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Vətən müharibəsi qəhrəmanının xatirəsi yad edilib

Vətən müharibəsi qəhrəmanının xatirəsi yad edilib
13.05.2021 22:05
Mayın 13-də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin anım mərasimi keçirilib.
"Report” xəbər verir ki, döyüş yoldaşları, ailə üzvləri və yaxınları Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.
Onlar M.Niftəliyev haqqında xatirələrini bölüşüblər, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, M.Niftəliyev qısa, amma mənalı ömür yaşayıb, canını Vətən torpaqlarının azadlığı uğrunda fəda edib.
Qeyd edək ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci ilin mayın 13-də Qubada anadan olub. 17 il Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.
M.Niftəliyev, xüsusən, çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən M.Niftəliyev döyüş bölgəsinə göndərilib. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edib.
Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşada döyüşüb, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını məhv edib. M.Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olub.
Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.Niftəliyev "Vətən müharibəsi qəhrəmanı" adı, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
 

 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Cəmiyyət 16:30
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Cəmiyyət 19:21
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Cəmiyyət 19:19
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Cəmiyyət 18:24
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
Cəmiyyət 19:41
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
Cəmiyyət 10:08
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Cəmiyyət 20:02
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Narkotik satan daha 27 nəfər tutuldu
Cəmiyyət 18:19
Narkotik satan daha 27 nəfər tutuldu
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Cəmiyyət 19:21
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol